Avroviziyada iştirakçılara LGBT bayraqları və ya ölkələrinin bayrağından başqa hər hansı digər bayraqlardan istifadə etmək rəsmən qadağan edilib. Bəzi sənətçilərin əvvəlki illərdə etdiyi kimi, həmrəylik jestləri də qadağandır, o cümlədən Ukrayna bayrağının dövlət bayrağının yanında dalğalanması da buna daxildir.
Lakin, zaldakı tamaşaçılara İsveçrə qanunlarını pozmayan bayraqları – o cümlədən LGBT icmasının bayrağını və hətta Fələstin və Rusiya bayraqlarını daşımağa icazə veriləcək, baxmayaraq ki, keçən il tətbiq edilən məhdudiyyətlərə görə, yalnız iştirakçı ölkələrin dövlət bayraqlarına icazə verilirdi.
AYB(Avropa Yayım Birliyi) deyir ki, bu, tarazlığı qorumaq məqsədi daşıyır: tamaşaçılara və iştirakçılara öz kimliklərini ifadə etməyə imkan verir, eyni zamanda nümayəndə heyətlərinə nəyə icazə verildiyi barədə daha çox aydınlıq gətirir.