Songfestival Azerbaijan

“Avroviziya 2026” müsabiqəsində iştirak edəcək ölkələrin sayı açıqlanıb

MƏQALƏNİ PAYLAŞ:

Avropa Yayım Birliyi tərəfindən verilən rəsmi məlumata əsasən, Vyanada keçiriləcək “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində 35 ölkə iştirak edəcək. Beləliklə, yarışmanın yekun iştirakçı sayı dəqiqləşdirilib.

Məlumata görə, əvvəlki illərdə müsabiqədə iştirak etməyən Rumıniya, Bolqarıstan və Moldova 2026-cı ildə “Avroviziya”ya geri qayıdacaq. Bununla yanaşı, İrlandiya, İslandiya, İspaniya, Sloveniya və Niderland müsabiqədən rəsmi şəkildə çəkildiklərini elan ediblər.

Qeyd edək ki, iştirakçı ölkələrlə bağlı siyahı EBU tərəfindən təsdiqlənib.

Xatırladaq ki, “Avroviziya 2026” mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49