Songfestival Azerbaijan

Avroviziya 2025-in İkinci yarımfinalında möhtəşəm interval akt gözlənilir


Avroviziya 2025-in ikinci yarımfinalı izləyicilər üçün unudulmaz anlarla yadda qalacaq. Belə ki, səhnəyə, Avroviziya tarixində xüsusi yer tutan və Covid-19 pandemiyası səbəbindən 2020-ci ildə müsabiqəyə qatıla bilməyən ifaçılar səhnə alacaq.

Destiny (Malta), Efendi (Azərbaycan), Gjon’s Tears (İsveçrə) və The Roop (Litva) öz məşhur hitləri və xüsusi olaraq hazırlanmış yeni performansları ilə böyük səhnəni bəzəyəcəklər. Bu ulduzların iştirakı arenada olan coşqunu daha da gücləndirəcək.

Təşkilatçılar söz verirlər ki, bu interval aktı təkcə nostalji dolu anlar yaşatmaqla kifayətlənməyəcək, eyni zamanda müasir Avroviziya enerjisini də tam hiss etdirəcək.