“Avroviziya 2025” musiqi yarışmasında iki dünya ulduzunun – Céline Dion və Måneskin qrupunun solisti Damiano Davidin çıxış edə biləcəyi bildirilib.
Məlumatlara görə, Céline Dionun müsabiqədə səhnəyə çıxması üçün bütün əsas şərtlər razılaşdırılıb və artıq yalnız rəsmi imzaların atılması qalıb. Müğənni İsveçrə yayımçı kanalına bir sıra tələblər irəli sürüb. O, ailəsi və komandasının lüks oteldə yerləşdirilməsini, həkim və psixoloq dəstəyini, eləcə də yüksək qonorar tələb edib. Bundan əlavə, Dion səhhəti ilə bağlı gecənin erkən saatlarında çıxış etmək istəyini bildirib ki, bu da onun finalın açılışını edə biləcəyini ehtimalını artırır.
Digər tərəfdən, Måneskin qrupunun solisti Damiano Davidin də “Avroviziya 2025” səhnəsində çıxış etməsi üçün müraciət etdiyi və artıq son mərhələyə keçdiyi bildirilir. Onun çıxışı ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.
Əgər hər iki ulduz müsabiqədə yer alsa, bu, “Avroviziya 2025”-i musiqi dünyasında unudulmaz hadisəyə çevirə bilər.