Songfestival Azerbaijan

Almaniyanı Sarah Engels təmsil edəcək

MƏQALƏNİ PAYLAŞ:

Almaniyanı Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsində Sarah Engels “Fire” adlı mahnısı ilə təmsil edəcək.

Sarah Engels 1992-ci ildə Almaniyanın Köln şəhərində anadan olub. Almaniyada doğulmasına baxmayaraq onun italyan əsilləri də var. 2009-cu ildən peşəkar musiqiçi fəaliyyətinə başlayıb. Müğənninin Almaniyada əsas tanınma səbəbi “Deutschland sucht den Superstar” adlı televiziya müsabiqəsinin 8-ci sezonunda 2-ci olması olub. Eyni zamanda 2020-ci ildə Avroviziya Mahnı Müsabiqəsi pandemiya səbəbilə ləğv edildikdən sonra təşkil olunan “Free European Song Contest”-də Sarah İtaliyanı “Te Amo Mi Amor” mahnısı ilə təmsil edərək 16 iştirakçı arasında 13-cü yeri tutmuşdu.

Almaniya bu il də təmsilçisini milli seçim turu ilə müəyyən etdi. Müxtəlif illərdə müxtəlif adlara sahib olan müsabiqə bu il “Das Deutsche Finale” adlanırdı. 9 iştirakçının yarışdığı gecənin özü qədər maraqlı səsvermə sistemi var idi. Belə ki, çıxışlar bitdikdən sonra 20 nəfər xüsusi beynəlxalq və yerli münsiflərdən ibarət heyət 3 nəfər superfinalçını seçdi. Bu 3 superfinalçı arasından isə tam telesəsvermə əsasında qalib müəyyən edildi.

Ramin İmanov
Ramin İmanov
Articles: 31