Songfestival Azerbaijan

Albaniyanın Avroviziya təmsilçisi “Shkodra Elektronike” ilə yazılı müsahibəmiz baş tutub

MƏQALƏNİ PAYLAŞ:

2025 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı təmsil edən “Shkodra Elektronike” qrupu ilə eksklüziv yazılı müsahibəmiz baş tutub. Onlayn formatda gerçəkləşən bu maraqlı söhbət zamanı musiqi kollektivi həm yarışmaya hazırlıqlarından, həm də öz sənət yolundan bəhs edib.

Qrup üzvləri Azərbaycan dinləyicilərinə səmimi salamlarını çatdıraraq, Avroviziya səhnəsində fərqli və yadda qalan çıxış üçün ciddi şəkildə çalışdıqlarını bildiriblər. Onlar təmsil etdikləri mahnının ruhunu, mesajını və səhnə planlarını açıqlayaraq, bu yarışmanın onlar üçün nə qədər vacib olduğunu vurğulayıblar.

“Shkodra Elektronike” qrupu müsahibə zamanı Albaniya musiqisinin müasir elektron elementlərlə birləşməsini necə təqdim etdiklərini və Avropa auditoriyasına orijinal tərzlərini göstərmək istədiklərini qeyd edib. Həmçinin qrup üzvləri gələcək planları, musiqi dünyasına yanaşmaları və Avroviziyanın onların karyerasına necə təsir göstərəcəyinə dair fikirlərini də bizimlə bölüşüblər.

Müsahibəni “Instagram” adresimizdən oxuya bilərsiniz

Fərmayıl Sadıqov
Fərmayıl Sadıqov
Articles: 9