HAQQINDA
Songfestival Azərbaycan – Müstəqil və Etibarlı Avroviziya Platforması.
2019-cu il, 8 may tarixində təsis edilmiş Songfestival Azərbaycan bloqu, ölkədə Avroviziya Mahnı Müsabiqəsinə həsr olunmuş ilk müstəqil və rəsmi informasiya platformasıdır. Yarandığı gündən etibarən bloq, Avroviziya ilə bağlı ən son xəbərləri, eksklüziv məlumatları və maraqlı təhlilləri izləyicilərə təqdim etməklə yanaşı, ifaçılarla müsahibələr, mahnılara reaksiyalar və yarışma ilə bağlı analitik materiallar paylaşmaqla geniş auditoriyaya xidmət edir.
Bloqun əsas məqsədi — Azərbaycanda Avroviziya Mahnı Müsabiqəsinə olan marağın qorunması, bu müsabiqənin təbliği və yerli izləyicilərə operativ, keyfiyyətli və etibarlı məlumatların çatdırılmasıdır. Songfestival Azərbaycan, sadəcə bir informasiya mənbəyi deyil, eyni zamanda Avroviziya ruhunu yaşadan və bu mədəni hadisəni izləyicilərlə bir araya gətirən bir platformadır.
Hər il bloq komandası, Avropa Yayım Birliyi tərəfindən təşkil olunan Müsabiqə üçün rəsmi akkreditasiya əldə edərək, yarışmanın keçiriləcəyi ölkəyə ezam olunur. Yerində aparılan reportajlar, canlı bağlantılar və sosial media vasitəsilə təqdim edilən eksklüziv görüntülər vasitəsilə, Songfestival Azərbaycan müsabiqənin ölkəmizdə peşəkar səviyyədə işıqlandırılmasına mühüm töhfə verir.
Əlavə olaraq, bloq Azərbaycan mediasında özünəməxsus yerə sahib olmaqla yanaşı, izləyici auditoriyasının böyük hissəsi xarici ölkələrdən olan istifadəçilərdən ibarətdir. Bu, platformanın beynəlxalq nüfuzunu göstərməklə yanaşı, Songfestival Azərbaycan-ın xarici bloqlar, rəsmi fan klublar və digər beynəlxalq media qurumları ilə sıx əməkdaşlıq etdiyini təsdiqləyir.
Songfestival Azərbaycan – Avroviziyanı sevənlər üçün sadəcə bir bloq deyil, etibar edilən bir informasiya mənbəyi və birgə təcrübə platformasıdır.