Songfestival Azerbaijan

Yağmur: “Mənim üçün əsas olan səhnədə yaxşı çıxış etmək idi”

MƏQALƏNİ PAYLAŞ:

Yağmur müsabiqədə əldə etdiyi nəticələrlə bağlı Baku TV-yə açıqlma verib. O bildirib ki, nəticə onlar üçün gözlənilməz olub və özünü ən azı ilk beşlikdə görüb.

“Mənim üçün əsas məsələ tutduğum yer deyildi. Əsas məqsədim səhnəyə çıxaraq yaxşı ifa nümayiş etdirmək, gözəl performansla tamaşaçı qarşısına çıxmaq idi”, – deyə ifaçı qeyd edib.

Yağmur yazılan şərhlər və səsləndirilən fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, mənfi rəylərə xüsusi diqqət yetirmir:

“Düzünü desəm, mənfi rəyləri oxumuram və onlara fikir vermirəm. Hər kəsin öz fikri var. Mənim düşüncəmə görə, mahnım kifayət qədər yaxşı idi və tam olaraq Avroviziya formatına uyğun gəlirdi. İfamı və rəqsimi yüksək səviyyədə təqdim etdiyimi düşünürəm. Səhnədə özümü yaxşı göstərdim və ölkəmi layiqincə təmsil etdim”, – deyə Yağmur əlavə edib.

Foto : EBU

Songfestival Azerbaijan
Songfestival Azerbaijan
Articles: 13