Songfestival Azerbaijan

Uşaq Avroviziyası onların təqdimatında baş tutacaq

MƏQALƏNİ PAYLAŞ:

Bu il 13 dekabrda Tbilisidə keçiriləcək Uşaq Avroviziyasının aparıcıları artıq məlumdur səhnəyə iki tanınmış gürcü sima çıxacaq: David Aladaşvili və Liza Tsiklauri. Onlar həm yerli, həm də beynəlxalq tamaşaçılar üçün yarışmaya xüsusi enerji qatacaqlar.

David Aladaşvili pianoçu, bəstəkar və televiziya aparıcısı kimi Gürcüstanda geniş tanınır. Musiqiyə uşaqlıqdan başlayan David 11 yaşında piano dərslərinə gedib, 15 yaşında isə Tbilisidəki Musiqi Məktəbinə qəbul olunub və ölkə prezidentinin təqaüdünü qazanıb. Daha sonra Nyu-Yorkdakı “Juilliard” məktəbində təhsil alaraq “Carnegie Hall” səhnəsində çıxış edib. Hazırda o, Tbilisidəki Gənclər Sarayının bədii direktorudur və eyni zamanda bir çox televiziya layihələrinin siması kimi tanınır.

Liza Tsiklauri isə jurnalist və televiziya aparıcısıdır. O, 2008-ci ildən media sahəsində çalışır, 2014-dən etibarən isə xəbər proqramlarında aparıcı kimi fəaliyyət göstərir. Lizanın təcrübəsi təkcə studiya ilə məhdudlaşmır — o, Yeni il şoularından tutmuş EuroBasket 2022-nin açılış mərasiminədək bir çox beynəlxalq tədbirlərdə aparıcı olub.

13 Dekabrda baş tutacaq müsabiqədə ölkəmizi Yağmur Nəsrullayəva “Miau Miau” mahnısı ilə təmsil edəcək.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 106