Songfestival Azerbaijan

Fransa “Ce Monde” deyəcək

MƏQALƏNİ PAYLAŞ:

Lou Deleuze 2025-ci ildə Tbilisidə keçiriləcək Uşaq Avroviziya Mahnı Müsabiqəsində Fransanı “Ce Monde” (Bu Dünya) adlı mahnı ilə təmsil edəcək.

2020, 2022 və 2023-cü illərdə qələbə qazanan Fransa, indi də 2025-ci il üçün mahnısını təqdim edib.

Lou Deleuze üçün xüsusi olaraq fransız musiqi səhnəsinin yüksələn ulduzu Linh tərəfindən yazılıb və bəstələnən “Ce Monde”, bir uşağın gözündən bu günün dünyasını danışır. Mahnı həm gənc nəslin narahatlıqlarını, həm də ümidlərini əks etdirir.

Əsl döyüşçü ruhuna sahib olan Lou, bu mahnını güclü emosiyalarla ifa edir. Onun səsi və enerjisi tamaşaçıları öz dünyasına çəkərək, ümid dolu mesajı böyük inam, qətiyyət və yüksək vokal bacarığı ilə çatdırır.

Lou, 23-cü Uşaq Avroviziya Mahnı Müsabiqəsində, 13 dekabr şənbə günü, Gürcüstanın Tbilisi şəhərində Fransa üçün səhnəyə çıxacaq.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 106