Bu gecə qanlı olmadı, bəlkə də.
Amma ruhi cəhətdən, mənəvi cəhətdən, dəyərlər baxımından bu, Avroviziya üçün ən qanlı gecə idi.
Bunu yazmaq da, oxumaq da, bir Avroviziya azarkeşi üçün çox ağırdır. Musiqi ikinci plana keçdi, siyasət isə hər şeyi idarə etdi. Qərarlar səhnədə deyil, Cenevrədəki iclas otaqlarında verildi. Fanatlar illərlə sevdikləri müsabiqənin bu qədər gərgin vəziyyəti ilə üzləşdi.
İspaniya qərar verdi və müsabiqədən çəkildi. Onlar uzun illər boyu Avroviziyanı dəstəkləyiblər, amma bu dəfə susaraq çıxış etdilər. Bu şou yox Avroviziyanın gedişatına etiraz deməkdir. İllər sonra ilk dəfə “Big5” olmadan Avroviziya baş tutacaq.
Niderland, İrlandiya Sloveniya da mövqeyini qorudu. Onların qərarı fanatları məyus etdi, amma prinsipial idi. Bir zamanların ən parlaq şoularını göstərən ölkələr bugün son şousunu təqdim etdi.
AYB bu gecə ilk dəfə bu qədər tənqid olundu.
İsrail qalacaq, amma bu qalmaq asan olmayacaq. Bir çox ölkə bu qərara etiraz etdi. İsrail mediası belə yazır ki, müsabiqə artıq siyasətlə ləkələnib və əvvəlki ruhunu itirib.
Türkiyə, Əlcəzair, İspaniya, Sloveniya və Belçika səsvermə və AYB-nin idarəçiliyini tənqid etdi. Ukrayna, Almaniya və İsveç isə İsrailin qalmasına dəstək verdi.
Bu gecə göstərdi ki, Avroviziya artıq yalnız musiqi deyil, böyük siyasi təsirlərin də arenasına çevrilib. Fanatlar üçün bu gecə çətin oldu, çünki illərlə sevdikləri müsabiqənin necə dəyişdiyini gördülər.
Növbəti günlərdə İslandiya və Belçikanın qərarı açıqlanacaq. Amma bir şey dəqiqdir: bu gecədən sonra Avroviziya əvvəlki kimi olmayacaq.




